Azərbaycan güləşçilərindən DÇ-də 4 medal

Azərbaycan güləşçilərindən DÇ-də 4 medal

Bu gün İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı start götürüb.

Sports.az xəbər verir ki, yarışın ilk günündə 5 çəkidə yunan-Roma güləşi üzrə mübarizə baş tutub.

Səid Xəlilov (48 kq) amerikalı Kristian Kastilyo (4:2) və misirli Amr Elşaerə (4:1) qalib gələrək yarımfinala yüksəlib. Xəlilov finalın bir addımlığında hindistanlı Ronit Şarmayla bacarmayıb - 0:7. Səid bürünc medal uğrunda görüşdə yaponiyalı Yu Takemotoya 9:1 hesabıyla qalib gələrək dünya üçüncüsü olub.

Fəraim Mustafayev (55 kq) 1/8 finalda misirli Hüseyn Hasaneynə (8:0), 1/4 finalda gürcüstanlı Saba Surmanidzeyə (tuşe), yarımfinalda isə türkiyəli Halil Çinara (11:0) vaxtından əvvəl qalib gələrək dünya çempionatının finalına yüksəlib. Mustafayev həlledici görüşdə hindistanlı Surac Suraca (0:11) məğlub olub və dünya çempionatının gümüş medalını qazanıb. 

Əli Əlizadə (65 kq) ilk mərhələdə macar Levente Levaya (2:0), 1/8 finalda finlandiyalı Oskari Talalaya (3:0), 1/4 finalda isə misirli Məhəmməd Elsayedə (5:1) gücünü göstərərək yarımfinala adlayıb. Ancaq bu mərhələdə iranlı Məhəmməd Pianiyə sonuncu xal prinsipinə əsasən məğlub olub - 1:1. Əlizadə bürünc medal uğrunda görüşdə isə özbəkistanlı Bəhruz Barnoyevə (3:9) uduzaraq 5-ci yerlə kifayətlənib.

İsmayıl Rzayev (80 kq) polşalı Voyçieş İvanovski (5:0), macar Oliver Kovaç (4:1) və serbiyalı Branko Dukiç (7:2) üzərində əldə etdiyi qələbələrlə adını yarımfinala yazdırıb. Rzayev iranlı Azərşabı vaxtından əvvəl (9:0) üstələyərək finala vəsiqə qazanıb. İsmayıl həlledici görüşdə türkiyəli Alperen Berberlə qarşılaşıb. Rəqibinə minimal fərqlə (2:3) uduzan Rzayev dünya ikincisi olub.

Məzaim Mərdanov (110 kq) 1/8 finalda özbəkistanlı Rustam Sadikovu (10:1), 1/4 finalda isə avstriyalı Leonard Yungeri (5:2) məyus edib. Ancaq yarımfinalda türkiyəli Cemal Bakır keçilməz olub - 0:9. Mərdanov bürünc medal uğrunda görüşdə isə gürcüstanlı Davit Mqeladzeyə "tuşe" ilə qalib gəlib.

Beləliklə, yunan-Roma güləşçilərimiz ilk 2 yarış gününün yekununa əsasən, dünya çempionatında 2 gümüş və 2 bürünc medal qazanıb. 5 çəkidə başa çatan mübarizədən sonra komandaların sıralamasında ilk "10-luq"da vəziyyət belədir:

1. Azərbaycan - 80 xal
2. İran - 75 
3. Türkiyə - 60
4. Hindistan - 57
5. Gürcüstan - 55
6. ABŞ - 37
7. Özbəkistan - 30
8. Yaponiya - 26
9. Ukrayna - 24
10. Macarıstan - 22

Son xəbərlər
“Liverpul” “Real”a, “Bayern” PSJ-yə qalib gəldi
Əliyar Ağayevin idarə etdiyi oyunda “Arsenal” qələbə qazandı
“İlk oyunda qazanılan qələbə vacib idi”
“Neftçi”nin üzvü FIBA Avropa Kubokunda ayın ən yaxşısı seçildi
Basler Keyn və Levandovski arasında seçim etdi
“Yaxşı işlər görəcəyik” – Azərbaycan millisinin baş məşqçisi
Van Deyk “Liverpul”dan ayrılmaq istəyirmiş
“Paçuka”nın prezidentini həbs etmək istəyirlər
"Qarabağ" – "Çelsi" oyununa qanunsuz bilet satan şəxslərə qarşı əməliyyat keçirilib
Spalletti Vlahoviçlə söhbət apardığını açıqladı
Riera Serbiya nəhəngi ilə razılığa gəldi
PSJ-nin futbolçusu “Qızıl oğlan” mükafatının sahibi oldu
İslamiadada iştirak edəcək Azərbaycan güləşçiləri müəyyənləşdi
Azərbaycan millisi İslamiadadakı ilk oyununda qələbə qazandı
“Atletik” baş məşqçisinə əvəz axtarır
“İslamiadada yeni tarix yazmaq istəyirik”
“Qaradağ Lökbatan”la “Kür-Araz”dan darmadağın
“Spartak” Riera ilə maraqlanır
Böyüklər arasında Abşeron-Xızı regionu çempionatı keçirilib
Azərbaycan millisinin İslamiadadakı matçlarının təqvimi müəyyənləşdi
“Qarabağ” “Çelsi” ilə oyunun mahiyyətini bilir” - Cəfərquliyev
“Çelsi” ilə matçda mübariz oyun göstərmək istəyirik” - Qurbanov
“Qarabağ”la oyun çətin keçəcək” - Mareska
Kivu “İnter”in əsas “qol silahı”nın susqunluğu ilə bağlı sualı cavabladı
Millimizin rəqibləri müəyyənləşdi
Millimizdən ilk oyunda qələbə
Hücumçusu “Tottenhem”dən ayrılmağa hazırdır
NTD amerikalı basketbolçu ilə vidalaşdı
Pioli istefaya göndərildi
“Milan” “Roma” ilə oyunçu mübadiləsi etmək istəyir
DAHA ÇOX

Ən çox oxunanlar