Futbol
Sanço “Mançester Yunayted”ə mümkün qayıdışı ilə bağlı sualı cavabladı

03.05.2024 | 23:05
Dortmund “Borussiya”sının vingeri Cedon Sanço Çempionlar Liqasının yarımfinalında PSJ ilə ilk oyundan (1:0) sonra gələcəyi haqda danışıb.
Sports.az xəbər verir ki, Sanço hazırda icarədə çıxış etdiyi “Borussiya”dan “Mançester Yunayted”ə mümkün geri qayıdışı haqda sualı cavablayıb:
“Borussiya”da qalacağam, yoxsa “Mançester Yunayted”ə qayıdacağammı? Həqiqətən bilmirəm. Hazırda diqqətimi indiki zamana yönəltmişəm”.
Son xəbərlər