“Qələbədən başqa nəticə haqda düşünmək istəmirəm”

“Qələbədən başqa nəticə haqda düşünmək istəmirəm”

Sentyabrın 17-dən 20-dək Qazaxıstanın Aktau şəhərində təlim-məşq toplanışında olan və bu ölkənin əsas yığması ilə 2 yoldaşlıq oyunu keçirən futzal üzrə Azərbaycan millisinin hücumçusu Rafael Vilela federasiyanın mətbuat xidmətinə müsahibə verib.

Sports.az həmin müsahibə ilə sizi də tanış edir:

- Hər iki oyunu ümumiləşdirsək, necə xarakterizə edərdin?
- Birinci oyunda daha yaxşı oynadıq. Xüsusilə də fasiləyə qədər üstün tərəf biz idik. İkinci hissədə yorulduq. İkinci qarşılaşmada da demək olar, eyni ssenari təkrarlandı. Bu dəfə iktilərimiz daha çox olduğuna görə, heyətimiz bir az da məhdudlaşmışdı. Yenə birinci hissədə əla mübarizə apardıq - qollar vurduq, az səhv etdik. İkinci hissədə yorğunluqdan qaynaqlanan səhvlərə yol verdik ki, təcrübəli Qazaxıstan futzalçıları bundan faydalandılar. Ümumiləşdirsək, bizim üçün əla sınaq oldu. Yanvarda Avropa çempionatının oyunlarından sonra milli səviyyəsində matç keçirməmişdik. Bu görüşlər rəsmi oyunlardan əvvəl xeyrimizə oldu. Əlbəttə, vacib olan gələn ay Polşa və Yunanıstana qarşı keçirəcəyimiz oyunlardır. Dünya çempionatının əsas mərhələsinə iki qələbə ilə başlamaq istəyirik. Ona qədər heyətimiz də tam komplektləşəcək. Bu oyunlarda zədə və digər səbəblərdən iştirak etməyən futzalçılarımız komandaya qoşulacaq.

- Oyunlar sənin üçün məhsuldar alındı.
- Meydana çıxıramsa, deməli, komandama kömək etməliyəm. Hücumçuyam, qollar vurmalıyam, məhsuldar ötürmə verməliyəm, müdafiə olunanda arxa xətt oyunçularına kömək etməliyəm. Hər iki oyunda bunları gücüm imkan verdiyi qədər etdim. İkinci oyunda vurduğum sonuncu qolu xüsusilə fərqləndirmək istərdim. Onu da qeyd edim ki, biz fiziki baxımdan zəif deyilik. Sadəcə, futzalda meydanda olduğun müddətdə dayanmaq, istirahət etmək şansın yoxdur. Biz isə Aktauya məhdud heyətlə yollanmışdıq, üstəlik 2 oyunçumuz da birinci matçda zədələndi. Ona görə oyunda çox qalırdıq. Amma rəsmi oyunlar üçün hazırıq.

- “Kayrat”da çıxış edirsən. Qazaxıstan millisinin baş məşqçisi və əksər üzvləri ilə eyni klubun üzvüsən. Belədə onlara qarşı oynamaq, qol vurmaq çətin deyildi?
- (gülür) Əlbəttə, bir-birimizi yaxşı tanıyırıq. Bütün günü bir yerdə məşq edir, baş məşqçidən tapşırıqlar alırıq. Bu dəfə rəqib olsaq da, bir-birimizə yaxşı bələd idik. Buna görə də bir az çətinlik oldu – həm mənə, həm də bu dəfə rəqibim olan komanda yoldaşlarıma.

- Oyundan sonra Kaka sənə nə dedi?
- Hər iki matçda yaxşı oynadığımı dedi. Bir qədər dincəlməli, ardından Qazaxıstan çempionatının oyunlarına hazırlaşmalıyam.

- Millimizin yer aldğı qrupu necə dəyərləndirirsən?
- İki yaxşı komandaya qarşı oynayacağıq. Amma biz onlardan daha yaxşıyıq. Özümüzə inanırıq, şansımız böyükdür. Başqa nəticə haqda düşünmək istəmirəm.

- “Kayrat”a tam uyğunlaşa bilmisənmi?
- 100 yox, 60-70 faiz bu prosesi keçmişəm. Baş məşqçinin, eləcə də komanda yoldaşlarımın nə etmək istədiklərini bilirəm. Çempionata qədər hər şey qaydasına düşəcək.

Son xəbərlər
“Barselona” “Kristal Pelas”ın kapitanını satın ala bilər
“Roma” “Mançester Yunayted”lə damışıqlara başladı
Müdafiəçisi “Real”ı tərk edəcək
Raşford “Mançester Yunayted”ə tələb irəli sürdü
Təxirə salınan oyun rəqəmlərin gözü ilə
Harri Keyn gələcəyi ilə bağlı qərar verdi
Rivaldodan Xabi Alonso açıqlaması
“Mançester Siti” “Real”a səfərdə qalib gəldi
“Ayaks” beş oyunda edə bilmədiyini bu gün etdi” - Qurbanov
“Qarabağ”la oyunun ikinci hissəsində daha yaxşı oynadıq”
“Qarabağ” “Ayaks”a məğlub oldu
“Bayern” Salahın mümkün keçidi ilə bağlı mövqeyini açıqladı
Əli Abaslı Avropa çempionatında ilk qələbəsini qazandı
Vitinyadan Luis Enrike haqda açıqlama
Təxirə salınan oyunda "DH Volley” qalib gəldi
Flik “Barselona”nın tərəqqisini qiymətləndirdi
“Azərreyl”dən çətin qələbə
Bakıda akrobatika və aerobika gimnastikası üzrə yarışlar keçiriləcək
Anri Salahı tənqid etdi
Premyer Liqanın 15-ci turu rəqəmlərin gözü ilə
UEFA Region Kubokunun püşkü atılıb
Bekhem “İnter Mayami”nin MLS çempionluğu haqda söhbət açdı
“Sabah”da ayrılıq
“Mingəçevir” “Cəbrayıl”ı, MOİK “Şimal”ı məğlub etdi
“Lənkəran” amerikalı basketbolçu ilə yollarını ayırdı
Millimizin II raunddakı rəqibləri bilindi
Futzal turnirinə start verildi
Azərbaycan birinciliyi keçiriləcək
Dibala gələcəyi ilə bağlı qərar verdi
“Arsenal” ÇL üçün yeni futbolçu sifariş etdi
DAHA ÇOX

Ən çox oxunanlar