“De Byazi Qaraya qarşı qərəzlidi”

“De Byazi Qaraya qarşı qərəzlidi”

Azərbaycan yığması Millətlər Liqasının qrup mərhələsində bu gün Slovakiyanın qonağı olacaq. Üç gün sonra Qazaxıstanla Bakıdakı qarşılaşma ilə komandamız mövsümə yekun vuracaq.

Uzun müddət Azərbaycan yığmasının formasını geyinmiş veteran futbolçu Vaqif Cavadovla məhz qarşıdakı matçları dəyərləndirdik. Gənc mütəxəssis Sports.az saytına müsahibəsində yığma ətrafında cərəyan edən digər hadisələrə də münasibət bildirdi.

- Azərbaycan yığması Millətlər Liqasının son iki turunda Slovakiya və Qazaxıstanla qarşılaşacaq. Bu oyunlarda nəyə ümid edirsiniz?
- Qələbələr gözləyirəm. Hər iki rəqib top-komanda deyil. Digər tərəfdən Canni de Byazinin baş məşqçisi olduğu komandadan nəsə gözləmək çox çətindir. İstənilən halda inanıram ki, futbolçular geyindikləri formanən haqqını verib qalibiyyət üçün əllərindən gələni edəcəklər. Komandada hansı ab-havanın hökm sürməyindən çox şey asılıdır.

- Qrup birincisi olmaq üçün çıxılan yolda sona iki tur qalmış hər şey möcüzəyə bağlıdır. Millinin bu duruma düşməsinin səbəbi kim və ya nədir?
- Qazaxıstan və Belarusla oyunlar göstərdi ki, yığmamız onlardan üstün ola bilər. Onlarla oynamaq və qalib gəlmək mümkündür. Sadəcə, de Byazinin heyətdəki yanlış seçimləri vəziyyəti bu həddə gətirib çıxarıb. Nəticələr baş məşqçinin verdiyi qərarların aynasıdır. Uğursuz nəticələrə baxmayaraq, yenə də absurd qərarlar verməkdə davam edir. Seçdiyi taktika hələ də sual doğurur. Əgər bizim sözümüzə diqqət yetirilmirsə, mənim və ya başqa bir mütəxəssisin nəsə deməyinin bir mənası yoxdur. Yerli futbolçu sayı az olan ölkənin çempion klubunda aparıcı rol oynayan birinin millidən kənarda qalması futbol tarixində nadir hadisələrdəndir. Bu qərarın altında artıq futbola aid olmayan başqa məsələ durur.

- Yəni şəxsi qərəzlik?
- Başqa bir səbəb tapa bilmirəm. Qara indi “Qarabağ”ın bütün vacib oyunlarında əsas heyətdə yer alır, son üç matçını isə yüksək səviyyədə keçirib. “Qarabağ”ın heyətində “böyük beşlik” ölkələrinin klublarına qarşı əla çıxış edirsə, necə ola bilər ki, millidən kənarda qalır? Çağırılmalıdır və oynamalıdır. “Qarabağ”ın yerli oyunçuları indiki durumda yığmada əsas heyətdə çıxış etməlidirlər. Çünki onlar artıq beynəlxalq səviyyədədirlər. “Nant”a qalib gələn heyətin aparıcı üzvü yığmaya çağırılmır. Bu necə ola bilər? Avropada heç Konfrans Liqasını görməyən klubların futbolçuları millidə oynamalıdır? Qazaxıstanla səfər oyunundakı yanlış heyət seçimi də məğlubiyyətə səbəb oldu. Bu qərarlar komanda daxilində futbolçulara da mənfi təsir edir, ümumi ab-havanı pozur. Çünki digər oyunçular da görürlər ki, haqsızlıq edilir, baş məşqçidə düzgünlük yoxdur. “Qarabağ”a bu gün Qurban Qurbanov rəhbərlik eləməsəydi, bəlkə də, nəticə başqa cür olardı. Yəni baş məşqçidən çox şey asılıdır. Bu gün futbolçular Qurban Qurbanova görə döyüşürlər. Çünki bilirlər ki, baş məşqçi onların arxasındadır. Millidə də ilk növbədə komandanın mənafeyi düşünülməlidir. De Byazi özünü millidən üstün tutur. Yığmanın sabiq oyunçusu olaraq, onun bu hərəkətləri mənə çatmır. Biz Azərbaycan millisi üçün hər şeyimizi verərik. Ancaq bu adam şəxsi qərəzlik edir. Bizim elə çox futbolçumuz yoxdur ki, onlarla da prinsip aparaq. Necə ki, vaxtilə mənimlə də, İlqar Qurbanovla da, digər futbolçularla da bu prinsip aparılıb. Bunu hamı bilir, amma bəzi oyunçulardan başqa heç kim demir. İndi də Qara eyni aqibətlə üzləşdi.

- Yayılan söz-söhbətə görə, Qara Qarayev millidə əsas heyətdə oynamaq tələbi qoyduğu üçün de Byazinin “qara siyahı”sına düşüb...
- Buna inanmıram. Heç bir futbolçu baş məşqçidən belə bir şey tələb edə bilməz. Heç Messi də deyə bilməz ki, əsas heyətdə oynamalıyam. Təbii ki, o, oyunu ilə sübut edib ki, harda olursa-olsun start heyətində yer almalıdır. Ən pik səviyyədə olsan belə, baş məşqçiyə bunu deyə bilməzsən. Milliyə futbolçu hansı özəlliklərinə görə seçilir? Çempionatda və avrokuboklarda daimi oynamasına görə. Ölkənin ən yaxşısı niyə yığmadan kənarda qalmalıdır?

- De Byazinin AFFA ilə müqaviləsi artıq başa çatır. Sizcə, növbəti çalışdırıcı də əcnəbi olmalıdır, yoxsa yerlilərə etibar eləmək lazımdır?
- İlk gündən demişəm ki, De Byazi bizə uyğun məşqçi deyil. Yeni mütəxəssislə bağlı qərarı AFFA rəhbərliyi verəcək. Yəqin ki, Millətlər Liqası matçlarından sonra bu məsələdə qərarı görəcəyik.

Son xəbərlər
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
“Qarabağ” “Şamaxı”ya qarşı - YENİLƏNİR
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
“Komanda hələ tam formalaşmayıb” - Baxşıyev
Asllani “Hoffenhaym”dan ayırla bilər
Yeniyetmə sablyaçılardan Gürcüstanda 4 medal
“Leypsiq” Verneri az qala havayı buraxmağa hazırdır
Turun son oyununda “Şəki” sevindi
"Kəpəz"də "Gəncənin futbol əfsanələri" şurası yaradılıb
Azərbaycan karateçiləri Gürcüstanda 2 medal qazanıblar
AFFA-da “Futbolda Uşaqların Hüquqlarının Qorunması” mövzusunda seminar
Krivotsyukun komandasından inamlı qələbə
Lənkəran “Xəzər”i və millimizin veteranları yubiley matçında qarşılaşıblar
Azərbaycan boksçularından Avropa çempionatında 8 medal
PSJ yarımmüdafiəçisi ilə müqaviləsini yeniləməyə qərar verdi
Azərbaycan idmançısı Çində 6-cı oldu
Kenan Yıldız hansı kluba qismət olacaq?
Abdullazadənin komandası evdə uduzdu
Albaniyada Azərbaycan derbisi qolsuz bitdi
“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu
Millimizin üzvü oynadı, komandası darmadağına sevindi
4-cü tura yekun vurulur
Günün oyunları – TV
PSJ qapıçısına əvəedici axtarır
“Barselona” Fati ilə bağlı qərar qəbul etdi
Xabi Alonso Kilian Mbappeyə olan tələbini açıqladı
DAHA ÇOX

Ən çox oxunanlar