Futbol
“Əl-Nəsr” Kazemiro ilə ilk danışıqlar apardı

11.05.2024 | 13:15
“Əl-Nəsr” “Mançester Yunayted”in 32 yaşlı braziliyalı dayaq yarımmüdafiəçisi Kazemironun nümayəndələri ilə danışıqlar aparıb.
Sports.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu Kazemiro müqabilində 40 milyon avro məbləğ ödəməyə, həmçinin “dayaqçı”ya 3 illik əmək müqaviləsi təklif etməyə hazırdır.
Braziliyalı futbolçunun hələ gələcəyi ilə bağlı qərar vermədiyi vurğulanır.
Son xəbərlər