Futbol
“Mançester Yunayted”də Erik ten Haqın yerinə əsas namizədlər məlumdur

11.05.2024 | 15:00
“Mançester Yunayted” komandanın baş məşqçisi, niderlandlı mütəxəssis Erik ten Haqın yerinə üstün namizədlərini müəyyənləşdirib.
Sports.az xəbər verir ki, hazırda “qırmızı şeytanlar”ın baş məşqçisi vəzifəsinə əsas namizədlər ingilis mütəxəssis Qaret Sautqeyt və alman mütəxəssis Tomas Tuxeldir.
Sautqey İngiltərə yığmasını, Tuxel isə “Bayern”in çalışdırır. Tuxel cari mövsümün sonunda “Bayern”dən ayrılacağını açıqlayıb. Sautqeyt isə hazırda İngiltərə yığmasını qarşıdakı AÇ-2024-ə hazırlayır.
Son xəbərlər