Futbol
Darvin Nunyesin sabiq agenti: “Darvin özünə inanmalıdır”

11.05.2024 | 13:30
“Liverpul”un uruqvaylı hücumçusu Darvin Nunyesin keçmiş nümayəndəsi Edqardo Lasalvia hücumçunun qol imkanlarını gerçəkləşdirmək fəsadından danışıb.
Sports.az Lasalvianın bu barədə fikirlərini təqdim edir:
“Darvin çox yaxşı hücumçudur və mən artıq onunla işləməsəm də, onu hələ də çox sevirəm.
İstərdim ki, o, özünə bir daha inansın və başına gələnləri xatırlasın.
Onda o, uğur qazana və dünyanın ən yaxşı hücumçularından birinə çevrilə bilər”, deyə mütəxəssis vurğulayıb.
Son xəbərlər