Futbol
Joao Feliks heç bir halda Madrid “Atletiko”sunda qalmayacaq

11.05.2024 | 16:30
Madrid “Atletiko”su bu mövsüm “Barselona”da icarə əsasında çıxış edən portuqal vingeri Joao Feliksi düşərgəsində saxlamaq fikrində deyil.
Sports.az xəbər verir ki, “Atletiko” Joao Feliksin qaytarılmasını düşünmür.
Klubun baş məşqçisi Dieqo Simeone onu klubda, paltardəyişmə otağında belə, istəmir.
Vurğulanır ki, Feliks heç vaxt “döşəkçilərin” düşərgəsində qalmayacaq. Hətta qayıdışı belə, gerçəkləşsə, bu, yalnız şərti olaraq təzahür edəcək və “Atletiko” Feliksi icarəyə və ya satışa çıxaracaq.
Son xəbərlər