Futbol
PSV Serjinyo Desti almaq fikrində deyil

11.05.2024 | 19:15
PSV-də icarə əsasında çıxış edən, “Barselona”nın müdafiəçisi Serjinyo Dest yayda Kataloniya komandasının üzvü olaraq qalacaq.
Sports.az xəbər verir ki, Niderland təmsilçisi 23 yaşlı futbolçunu satın ala bilərdi, amma mövsümün sonunda amerikan futbolçu dizində çarpaz bağ yırtığı zədəsi ilə üzləşərək, ilin sonuna qədər sıradan çıxıb.
Eyndhoven klubu Destin satınalınma maddəsini fəallaşdırmamaq qərarına gəlib. Eyni zamanda, Niderland təmsilçisinin 2025-ci ilin yanvarında, “blauqrana”nın müdafiəçisi zədədən sağaldıqdan sonra onu almağa çalışacağı ehtimalı var.
Son xəbərlər