Futbol
Kvaratsxeliya karyerasını PSJ-də davam etdirə bilər

11.05.2024 | 17:30
“Napoli”nin gürcü vingeri Xviça Kvaratsxeliya karyerasını PSJ-də davam etdirə bilər.
Sports.az xəbər verir ki, Kvaratsxeliyanın ətrafı artıq bu yay mümkün transferlə bağlı PSJ nümayəndələri ilə görüş keçirib.
Vurğulanır ki, tərəflər hələlik ümumi razılığa gəlməyiblər. Fransa klubu hesab edir ki, futbolçu Luis Enrikenin rəhbərliyi altında parislilərin layihəsinin meyarlarına cavab verir. Futbolçunun özü də keçiddə maraqlıdır.
Son xəbərlər