UEFA-dan AÇ-2024 öncəsi yeni qərar

UEFA-dan AÇ-2024 öncəsi yeni qərar

UEFA bu il keçiriləcək Avropa çempionatı öncəsi yeni qərar qəbul edib.

Sports.az xəbər verir ki, bu barədə UEFA Hakimlər Komitəsinin sədri Roberto Rozetti danışıb.

Yeni qərara əsasən, görüşün hakimləri kritik epizodlarda qəbul olunan qərarlar haqqında komandaların kapitanlarına açıqlama verəcəklər: 

"Müasir futbolda hakim olmaq çox çətindir. Bəzən hakimlər gərgin oyunlarda hər 22 saniyədən bir olmaqla 200-dən 250-yə qədər qərar vermək məcburiyyətində qalırar.  Hər bir epizod həm azarkeşlər, həm mütəxəssislər, həm də şərhçilər tərəfindən müxtəlif rakurslardan təkrar izlənir və diqqətlə araşdırılır. Biz hakimlərdən bəzən baş verən hadisələrə görə məsuliyyət daşımalarını xahiş edirik. Müasir dövrdə VAR hakimləri referilərə daha dəqiq bir qərarın qəbul olunması üçün köməklik göstərirlər. Artıq hakimlər kritik epizodlarda verdikləri qərarların səbəbini komandaların kapitanlarına açıqlamalıdırlar. Nəticədə onlar qərarın necə verildiyini başa düşəcəklər. Hakimin qərarını 22 oyunçuya açıqlaması mümkünsüzdür. Buna görə də referilər matçdakı kritik qərarları komandaların kapitanlarına bildirməlidirlər. UEFA-nın peşəkar hakimlərdən ibarət komandası AÇ-2024-də mübarizə aparacaq hər bir komandanın kapitanı ilə görüşəcək".

Qeyd edək ki, Avropa çempionatının final mərhələsinin oyunları 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirə 10 şəhər ev sahibliyi edəcək: Berlin, Dortmund, Düsseldorf, Frankfurt, Gelzenkirxen, Hamburq, Köln, Leyptsiq, Münhen və Ştutqart.

Son xəbərlər
Azərbaycanın iki güləşçisi üçün DÇ-də bürünc medal şansı
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
“Komanda hələ tam formalaşmayıb” - Baxşıyev
Asllani “Hoffenhaym”dan ayırla bilər
Yeniyetmə sablyaçılardan Gürcüstanda 4 medal
DAHA ÇOX

Ən çox oxunanlar