Frankovski AÇ-nin favoritini açıqladı

Polşa yığmasının və “Lans”ın yarımmüdafiəçisi Pşemıslav Frankovski, fikrincə, 2024-cü il Avropa çempionatının favoritini açıqlayıb.

Sports.az xəbər verir ki, polşalı futbolçu müvaviq xüsusda sualı cavablayıb:

- Fransa yığması yarışın favoritləri sırasındadır. “Göylər”lə oynamaq sizin üçün nə deməkdir?
- Əlbəttə, çox güclüdürlər. Orada çoxlu yaxşı oyunçular var. Mənim üçün onlar artıq kağız üzərində Avropa çempionatını qazanmış favoritlərdir. Meydan hələ də hamı üçün meydandır, amma düzünü desəm, Fransa zirvədədir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar