Futbol
Qallaxer “Aston Villa”ya keçə bilər

20.05.2024 | 09:00
“Çelsi”nin 24 yaşlı yarımmüdafiəçisi Konor Qallaxer bu yay “Aston Villa”ya keçə bilər.
Sports.az xəbər verir ki, “Aston Villa” “zadəganlar”ın kapitanını almaqda son dərəcə maraqlıdır.
Qallaxerin “Çelsi” ilə müqaviləsinin bitməsinə cəmi 1 il qalıb, ona görə də Birmingem təmsilçisi oyunçuya endirim almağa ümid edir.
Xatırladaq ki, “Aston Villa” bu mövsüm 41 ildən sonra ilk dəfə Çempionlar Liqasına çıxışı təmin edib.
Son xəbərlər