Avropa çempionatında iştirak edəcək heyət açıqlandı

Avropa çempionatında iştirak edəcək heyət açıqlandı

Mayın 20-dən 26-dək ilk dəfə Bakıda keçiriləcək güləş üzrə U-23 Avropa çempionatında iştirak edəcək millilərimizin heyəti müəyyənləşib.

Sports.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil ediləcək qitə birinciliyinin ilk günlərində yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq.

Komandamızın tərkibində Rəşad Məmmədov (55 kq), Nihad Quluzadə (60 kq), Ziya Babaşov (63 kq), Fəraim Mustafayev (67 kq), Ruslan Nurullayev (72 kq), Xasay Həsənli (77 kq), Qurban Qurbanov (82 kq), Laçın Vəliyev (87 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) yer alıb.

Daha sonra estafet qadın güləşçilərə keçəcək. Bu növdə Şəhanə Nəzərova (50 kq), Elnurə Məmmədova (53 kq), Gültəkin Şirinova (55 kq), Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (59 kq), Nigar Mirzəzadə (65 kq) və Mərziyə Sadıqova (72 kq) ölkəmizi təmsil edəcək. Birgül Soltanova (62 kq) zədələndiyi üçün adı iştirak ərizəsindən çıxarılıb.

Yarışın son günlərində isə sərbəst güləşçilər xalçaya çıxacaq. Yığmanın heyətində Elman Ağayev (57 kq), Nürəddin Novruzov (61 kq), Musa Ağayev (65 kq), Kənan Heybətov (70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Ali Tsokayev (79 kq), Arseniy Djioyev (86 kq), Anar Cəfərli (92 kq), Rəvan Musayev (97 kq) və Yusif Dursunov (125 kq) uğurlu çıxış etməyə çalışacaq.

Görüşlər hər gün 10:30-da start götürəcək. Açılış mərasimi mayın 20-də 17:15-də başlayacaq. Həlledici qarşılaşmalar isə 18:00-dan 20:30-dək davam edəcək.

Avropa çempionatında 1-ci dərəcəli hakimlərimiz Hicran Şərifov, İntiqam Alıyev və Kamran Əliyev ədaləti qoruyacaq.

Son xəbərlər
“Atletiko”dan inamlı qələbə
DÇ-nin son günündə daha bir medal
“Fənərbağça”dan darmadağın
“Kəpəz” gürcü futbolçusu ilə vidalaşdı
Bellingem “El-Klasiko”da qələbəni şərh etdi
Yamal və Karvaxal küsüşüblər?
Kapello “Napoli” – “İnter” oyunu ilə bağlı fikrini açıqladı
Karreras Yamalı ələ saldı
“Neftçi” - MOİK matçına giriş pulsuz olacaq
PSJ-nin sabiq futbolçusu karyerasını başa vurdu
“Qarabağ”ın rəqibində ciddi itki
“İmişli”nin futbolçusu əməliyyat olundu
“Sumqayıt”da yeni basketbolçu
MY “Bayern”in yarımmüdafiəçisi ilə maraqlanır
Millimiz İslam Həmrəyliyi Oyunlarının hazırlığına başlayıb
“Qarabağ”ın əvəzediciləri uduzdu, “Sabah-2” qalib gəldi
“Yuventus” baş məşqçisini qovdu
“Qələbə qazanmaq böyük önəm kəsb edirdi”
Millimiz yenə böyük hesabla uduzdu
Azərbaycan millisindən yoxlama oyununda növbəti qələbə
Alim Nəbiyev MMA-da növbəti qələbəsini qazanıb
Azərbaycan karateçiləri Polşada 8 medal qazanıb
MY Bellingemi icarəyə götürmək istəyir
“Liverpul” “Real”ın iki oyunçusu ilə maraqlanır
“Bornmut” Semenyoya transfer qiyməti müəyyənləşdirdi
PSJ-nin yarımmüdafiəçisi sıraya dönməyə yaxındır
“Barselona” “Olimpik”in hücumçusu ilə maraqlanır
“Real”ın hücumçusu Almaniya Bundesliqasına keçə bilər
Retkliff “Barselona”nın ulduzunun satın alınmasına qadağa qoydu
Günün oyunları – TV
DAHA ÇOX

Ən çox oxunanlar