Futbol
La Liqanın dörd klubu Alkantaranın keçidində maraqlıdır

20.05.2024 | 11:45
Məlum olduğu kimi, “Liverpul”un 33 yaşlı yarımmüdafiəçisi Tyaqo Alkantara klubu tərk edir və karyerasını La Liqada davam etdirə bilər.
Sports.az xəbər verir ki, ispaniyalı futbolçu ilə dörd La Liqa klubu maraqlanır.
Müqaviləsi bu yay başa çatacaq futbolçu uğrunda “Jirona”, “Selta”, “Real Sosyedad” və “Betis” çəkişəcəklər. Klubları Tyaqo Alkantaranın ödənişsiz - azad agent qismində transferi imkanı cəlb edir.
Son xəbərlər