Futbol
Bu gün Xavinin “Barslelona”dakı gələcəyi məlum olacaq

20.05.2024 | 12:00
Bazar ertəsi, mayın 20-də “Barselona”nın baş məşqçisi Xavi ilə Kataloniya klubunun prezidenti Joan Laporta arasında ispan mütəxəssisin klubdakı gələcəyi müəyyənləşəcək görüşün keçirilməsi planlaşdırılır.
Sports.az xəbər verir ki, görüşdə “Barselona”nın idman direktoru Deku və Kataloniya klubunun prezidentinin etibarlı adamı Alexandro Eçevarriyanın da iştirak edəcəyi gözlənilir.
Xatırladaq ki, “Barselona” idarə heyətinin bir qismi Xavinin klubdan ayrılmasının tərəfdarıdır.
Son xəbərlər