Futbol
“Milan” Jirunu əvəz etməyə namizədini müəyyənləşdirdi

20.05.2024 | 21:00
“Milan”, komandanın veteran fransız hücumçusu Olivye Jiru “rossoneri”dən ayrıldıqdan sonra, “Ştutqart”ın qvineyalı hücumçusu Seru Girassi uğrunda mübarizəyə qoşulub və hazırda bu yöndə ən üstün mövqeyə sahibdir.
Sports.az xəbər verir ki, Girassi növbəti mövsüm üçün hücum xəttini gücləndirmək baxımından artıq “Milan”ın əsas transfer hədəfinə çevrilib.
Eyni zamanda Girassi ilə Dortmund “Borussiya”sı da maraqlanır. Hər iki klub qvineyalı hücumçunun “Ştutqart”la bağladığı müqavilədə göstərilmiş 17,5 milyon avro məbləğində təzminat haqqını nəzərə almalı olacaq.
Son xəbərlər