Futbol
“İnter” “Real”ı tərk edəcək futbolçu ilə müqavilə imzalamaq istəyir

20.05.2024 | 21:15
“Real”ın ispan müdafiəçisi Naço Fernandes “İnter”ə keçə bilər.
Sports.az xəbər verir ki, 34 yaşlı kapitan “qaymaqlılar”ın rəhbərliyinə cari mövsümünün sonunda “Real”ı tərk edəcəyini bildirib.
Bundan əvvəl mətbuatda, Naçonun artıq “Bayer”ə keçməkdən imtina etdiyi və karyerasını MLS-də davam etdirməyi düşündüyü barədə məlumatlar yayılmışdı.
Naço çoxsaylı müdafiə mövqelərində oynamaq bacarığı, eləcə də avrokuboklarda heyranedici təcrübəsi ilə “İnter”in marağına səbəb olub.
Vurğulanır ki, niderlandlı müdafiəçi Stefan de Vreyin bu yay “İnter”dən “Feyenoord”a gedişi isə “neradzurri”nin Naçoya olan marağını daha da artıra bilər.
Son xəbərlər