Futbol
“Yuventus” Mottaya təklifini ünvanladı

21.05.2024 | 10:20
“Yuventus” komandanın yeni baş məşqçisi kimi italiyalı mütəxəssis Tiaqu Mottanın transferi üzərində işlərini davam etdirir.
Sports.az xəbər verir ki, “Qoca sinyora” artıq Mottaya rəsmi təklif göndərib və hazırda “Bolonya”nı çalışdıran 41 yaşlı mütəxəssisdən cavab gözləyir.
Xatırladaq ki, mayın 17-də “Yuventus”, 2021-ci ildən “byankoneri”ni çalışdırmış italyan mütəxəssis Massimiliano Alleqrini qeyri-nümunəvi davranışına görə istefaya göndərdiyini açıqlayıb.
Son xəbərlər