Futbol
“Çelsi” yeni baş məşqçisini müəyyənləşdirdi

21.05.2024 | 23:45
“İpsviç”in baş məşqçisi Kiran Makkenna “Çelsi”nin baş məşqçisi vəzifəsində argentinalı mütəxəssis Maurisio Poçettinonu əvəz edə bilər.
Sports.az xəbər verir ki, “zadəganlar”ın rəhbərliyin fikrincə, “Çelsi”də Poçettinonu əvəzləyəcək əsas namizədlərdən biri məhz Makkennadır.
Şimali irlandiyalı mütəxəssisin rəhbərliyi altında “İpsviç” mövsümün sonunda Çempionşipdə 96 xal toplayaraq 2-ci yeri tutub və 2001/2002-ci illər mövsümündən sonra ilk dəfə Premyer Liqaya vəsiqə qazanıb.
Vurğulayaq ki, London klubu bu gün Poçettino ilə vidalaşıb.
Son xəbərlər