Güləş/Cüdo
				Azərbaycan cüdoçuları DÇ-yə Çin yığmaları ilə birgə hazırlaşır

24.09.2022 | 10:14
					Cüdo üzrə Azərbaycan milli komandası Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək böyüklər arasında dünya çempionatına hazırlığın son mərhələsinə başlayıb.
Sports.az xəbər verir ki, təlim-məşq toplanışında idmançıların fiziki və taktiki-texniki hazırlığına diqqət yetirilir.
Çinin kişilərdən və qadınlardan ibarət yığmaları da sentyabrın 9-dan Bakıdadırlar. Asiyalılar sentyabrın 30-dək Azərbaycan milli komandaları ilə birlikdə mundiala hazırlaşacaq.
Dünya çempionatı 6-12 oktyabrda təşkil olunacaq.
Son xəbərlər
		
									
									
									
									
									
									




























