Futbol
“Napoli”nin baş məşqçisi Kvaratsxeliya haqda fikrini bildirdi

22.05.2024 | 10:20
“Napoli”nin baş məşqçisi Françesko Kaltsona klubun qarşıdan gələn yay transfer pəncərəsi ilə bağlı planlarından danışıb, həmçinin gürcü vinger Xviç Kvaratsxeliya haqda fikirlərini paylaşıb.
Sports.az italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Klubun strategiyası olacaq və bu komandanı canlandırmaq və onları layiq olduqları mövqeyə qaytarmaq üçün nə edəcəyini biləcək. Kvaratsxeliya vacib oyunçudur, o, gəncdir və bəzən parlayır, amma oyunçunun keyfiyyəti orta səviyyədən yuxarı olanda ona böyümək üçün vaxt vermək gərəkdir. Məncə, o, artıq demək olar ki, çempiondur”.
Son xəbərlər