Futbol
“Bayern” Frimponqun alınmasında maraqlıdır

22.05.2024 | 11:00
Almaniya nəhəngi “Bayern” Leverkuzen “Bayer”inin sağ cinah müdafiəçisi Ceremi Frimponqu almaqda maraqlıdır.
Sports.az xəbər verir ki, niderlandlı futbolçunun özü də gələn yay “əczaçılar”ın düşərgəsini tərk etməyə meyllidir.
Frimponqun əmək müqaviləsində 40 milyon avro məbləğində sərbəstqalma maddəsi var, amma “Bayern” heyəti tamamlamadan əvvəl, komandaya yeni baş məşqçi təyin etmək istədiyi üçün tərəflər arasında danışıqlar hazırda sükunətdədir.
Son xəbərlər