Futbol
Postekoqlu “Tottenhem” rəhbərliyindən yayda ən azı üç transfer istəyir

22.05.2024 | 20:00
“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu klub rəhbərliyindən bu yay ən azı üç futbolçu ilə müqavilə imzalamağı xahiş edir.
Sports.az xəbər verir ki, 58 yaşlı mütəxəssis bir transfer pəncərəsində həyata keçirilə biləcək alışların miqyası ilə bağlı gerçək baxışlara sahibdir, amma “mahmızlar”ın Premyer Liqanın maliyyə qaydalarından kənara çıxmayan müəyyən vəsait ehtiyatı var.
“Tottenhem” “Brentford”un hücumçusu Ayvan Toninin keçidi haqda düşünür və bir neçə aydır ki, “Çelsi”nin yarımmüdafiəçisi Konor Qallaheri izləyir.
Son xəbərlər