Futbol
Kompani “Bayern”i çalışdıra bilər

22.05.2024 | 20:30
“Börnli”nin baş məşqçisi Vensan Kompani “Bayern”in maraq dairəsinə düşüb.
Sports.az xəbər verir ki, Premyer Liqadan Çempionşipə yuvarlanmasına rəğmən, Kompani bir neçə klubun, o cümlədən “Bayern”in maraq dairəsindədir.
Vurğulanır ki, “Bayern” artıq belçikalı mütəxəssisin nümayəndələri ilə əlaqə saxlayıb. Danışıqlar hələ ilkin mərhələdədir, amma Münhen klubu bu vəzifəyə mütəxəssis axtarışında olduğunu açıqlayıb.
Son xəbərlər