“Bayern”in Vensan Kompaniyə marağının səbəbləri məlum oldu

“Bayern”in “Börnli”nin baş məşqçisi Vensan Kompani ilə maraqlanmasının səbəblərini açıqlanıb.
Sports.az xatırladır ki, daha əvvəl Kompaninin “Bayern”in sükanı arxasına keçəcəyi haqda xəbərlər yayılıb.
Bildirilir ki, Almaniya nəhəngi Kompaninin fəaliyyətini belçikalı mütəxəssis hələ “Anderlext”i çalışdırarkən izləyib.
“Börnli”nin Premyer Liqanı tərk etməsinə rəğmən, Kompaninin məşqçilik fikirləri Münhen rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir və mütəxəssisin Premyer Liqada yalnız yüksək səviyyəli futbolçularla həyata keçirilə biləcək fəlsəfəyə sadiq qaldığına inanırlar. “Bayern”də hesab edirlər ki, seçdiyi oyunçular Kompaniyə öz futbolunu oynamağa və nəticə əldə etməyə uyğun olacaq.
Həmçinin, “Bayern” rəhbərliyi Kompaninin bir çox vərdişləri öyrəndiyi “Mançester Siti”də Xosep Qvardiolanın qərargahında iş təcrübəsinə malik olduğunu bəyənir.