Futbol
“Çelsi”nin qapıçısından Poçettinoya dəstək

23.05.2024 | 11:15
“Çelsi”nin serb qapıçısı Djordje Petroviç İngiltərə Premyer Liqasının 2023/2024-cü illər mövsümünün yekunlarından sonra “zadəganlar”ın argentinalı çalışdırıcısı Maurisio Poçettinonun işi ilə bağlı fikirlərini paylaşıb.
Sports.az serb qapıçının bu barədə fikirlərini təqdim edir:
“Şəxsən mən Maurisio Poçettinoya və onun bütün məşqçi heyətinə çox güvənirdim, çünki onlar mənə inandılar və mənə imkan yaratdılar. Mənə layiqli dəstək verdilər. Hamısı eyni xüsusiyyətlərə malik 25 oyunçunu idarə etmək bəzən çətin ola bilər, amma o, yaxşı idarə edirdi. Hər kəs özünü onun komandasında tapır və hamı ona inanırdı”.
Xatırladaq ki, Poçettino mövsüm bitən kimi “Çelsi”dən ayrılıb.
Son xəbərlər