Güləş/Cüdo
Azərbaycan cüdoçuları İspaniyada təlim-məşq toplanışında iştirak ediblər

23.05.2024 | 15:15
Azərbaycanın gənclərdən ibarət millisinin üzvləri mayın 20-dən 22-dək Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə İspaniyanın Malaqa şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər.
Sports.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq prosesinə yığmanın 12 üzvü qatılıb.
Cüdoçulara gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edib.
Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyıb.
Son xəbərlər





























