Futbol
Tuxelin “Çelsi”yə qayıda biləcəyi şərt məlum oldu

23.05.2024 | 15:30
“Bayern”in çalışdırıcısı, alman mütəxəssis Tomas Tuxel “Çelsinin baş məşqçisi vəzifəsinə qayıda bilər.
Sports.az xəbər verir ki, cari mövsümün sonunda Münhen klubundan ayrılacaq Tuxel rəhbərliyin transfer bazarında məşqçiyə tam inamı olması şərti ilə İngiltərə Premyer Liqasına qayıtmağa və “Çelsi”yə rəhbərlik etməyə hazırdır.
Alman mütəxəssis “Çelsi”nin sahibi Todd Boulinin layihəsinə qayıtmaq fikrindən ilhamlanır və hesab edir ki, “zadəganlar”ın sükanı arxasında ilk dəfə missiyasını başa vurmayıb.
Son xəbərlər