Futbol
Benzema “Əl-İttihad”ı tərk etmək istəyir

23.05.2024 | 20:30
“Əl-İttihad” klubunun fransalı hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanındakı həyatından məyusdur və komandasını dəyişmək istəyir.
Sports.az xəbər verir ki, Benzema bu barədə zədəsini sağaltmaq üçün Fransaya qayıdarkən dostlarına deyib.
Kərim bu yaxınlarda Madriddə də malikanə alıb və Səudiyyə Ərəbistanına qayıtmaq istəmir.
Eyni zamanda, ölkələrinin simasını qorumaq üçün “Əl-İttihad” rəhbərliyi futbolçunun hazırkı müqaviləsi başa çatana qədər Benzema ilə ayrılmaq istəməyəcək ki, bu da hücumçu müqabilində heç bir Avropa klubunun ödəmək iqtidarında olmadığı maliyyə şərtlərini nəzərdə tutur.
Son xəbərlər