Futbol
Serxio Ramos Toni Kroosun karyerasını bitirməsi haqda xəbəri şərh etdi

23.05.2024 | 20:15
“Real”ın ispan keçmiş mərkəz müdafiəçisi, hazırda “Sevilya”da çıxış edən kapitan Serxio Ramos, “qaymaqlılar”ın alman yarımmüdafiəçisi Toni Kroosun AÇ-2024-dən sonra futbolçu karyerasını bitirmək haqda qərarına münasibətini bildirib.
Sports.az Ramosun bu barədə fikirlərini təqdim edir:
“Səninlə çoxlu xüsusi anları və uğurları bölüşmək mənim üçün xoş idi. Sən müstəsna oyunçu və müstəsna bir insansan, ən yaxşılardansan. Həmişə komandamdasan, Antonio. Yeni həyatından və hələ bir neçə fəsli qalan gözəl karyeranla bağlı xatirələrdən həzz al”.
Son xəbərlər