Futbol
“Portu” Pepe ilə müqaviləsini yeniləmək istəyir, amma…

24.05.2024 | 15:00
“Portu” rəhbərliyi “əjdahalar”la müqaviləsi 2024-cü ilin yayında başa çatacaq 41 yaşlı mərkəz müdafiəçisi Pepe ilə müqaviləsinin müddətinin uzatmağı düşünür.
Sports.az xəbər verir ki, klubun sabiq prezidenti Pintu da Koşta müqaviləsinin müddətini uzatmaq üçün mərkəz müdafiəçisi ilə razılaşsa da, yeni prezident Andre Villaş-Boaşın gəlişi ilə vəziyyət dəyişib.
Pepenin yaşı və zədələri klub rəhbərliyini çaşdırır.
“Portu” tezliklə, “Sportinq”lə Portuqaliya Kubokunun finalından sonra, amma iyunun ortalarında Avropa çempionatının başlamasına qədər qərar vermək istəyir.
Son xəbərlər