Futbol
İmmobile “Latsio”dan mümkün gedişi haqda xəbərləri cavabladı

24.05.2024 | 18:00
“Latsio”nun italyan hücumçusu Çiro İmmobile “qartallar”ın düşərgəsini tərk etmək üçün heç bir səbəb görmədiyini bildirib.
Sports.az xatırladır ki, daha əvvəl futbolçunun, “Napoli”nin argentinalı hücumçusu Covanni Simeonenin qarşılığında Neapola yollana biləcəyi bildirilirdi.
“Dediyim kimi, “Latsio” ilə müqaviləmin bitməsinə iki il qalıb və mən burada xoşbəxtəm. Ailəm məskunlaşıb və mən ayrılmaq üçün heç bir səbəb görmürəm. Açığı, belə bir mövsümdən sonra çoxlu suallar və tənqidlər olur”.
Son xəbərlər