Futbol
“Bayer”də Xabi Alonsonun 2025-ci ildə “Real”ı çalışdıracağını gözləyirlər

25.05.2024 | 14:45
“Bayer” rəhbərliyi “əczaçılar”ın baş məşqçisi, ispan mütəxəssis Xabi Alonsonun 2025-ci ildə “Real”ı çalışdırmaq üçün Leverkuzeni tərk edəcəyinə inanır.
Sports.az xəbər verir ki, Madrid klubu da ispan mütəxəssisin “qaymaqlılar”ın baş məşqçisi vəzifəsini tutacağını gözləyir.
Bununla belə, hazırda “Real”ı çalışdıran italyan mütəxəssis Karlo Ançelottinin müqaviləsi 2026-cı ilə qədər qüvvədədir. “Kral klubu”nun rəhbərliyi Alonsonun bu tarixə qədər Ançelottini əvəz edə biləcəyinə inanır. Amma Ançelotti bu mövsüm səviyyəsində nəticə göstərməkdə davam edərsə, “Real” Alonsonu təyin etməyə tələsməyəcək və italiyan mütəxəssisə əmək müqaviləsi başa çatana qədər işləmək imkanı verəcək.
Son xəbərlər