Futbol
Makkenna özünü “Mançester Yunayted”in sükanı arxasında görür

25.05.2024 | 18:30
“İpsviç Taun”un baş məşqçisi Kiran Makkenna başqa kluba keçmək qərarına gəlməzdən əvvəl, “Mançester Yunayted”in baş məşqçisi, niderlandlı mütəxəssis Erik ten Haqın istefaya göndərilməsini gözləyəcək.
Sports.az xəbər verir ki, “Çelsi” və “Brayton” artıq Makkenna ilə əlaqə saxlayıblar, amma şimali irlandiyalı mütəxəssis “qırmızı şeytanlar”ın düşərgəsindəki vəziyyətin həllini gözləyir.
Vurğulnır ki, Makkenna bu məqamı məşqçilik karyerasını davam etdirmək üçün üstün seçim görür.
“İpsviç Taun”un çalışdırıcısının “qırmızı şeytanlar”ın siyahısında olduğu bildirilir.
Son xəbərlər