Futbol
“Krasnodar” Xunior Alonsonun satışı ilə bağlı “Atletiko Mineyro” ilə razılaşdı

25.05.2024 | 20:50
“Krasnodar” 31 yaşlı paraqvaylı mərkəz müdafiəçisi Xunior Alonsonu “Atletiko Mineiro”ya təxminən 1,2 milyon avro məbləğ müqabilində satacaq.
Sports.az xəbər verir ki, Alonsonun transferi üçün ödəniş hissə-hissə həyata keçiriləcək.
Futbolçunun özü Braziliya klubuna keçməkdə maraqlıdır. Məhz bu səbəbdən danışıqların rəvan və tez keçdiyi vurğulanır.
Son xəbərlər