Futbol
Edersonla maraqlanan Səudiyyə Ərəbistanı klubları məlum oldu

26.05.2024 | 17:00
“Mançester Siti”nin braziliyalı qapıçısı Ederson Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və “Əl-İttihad” klublarının diqqətini çəkir.
Sports.az xəbər verir ki, “şəhərlilər” braziliyalı qapıçını, onunla maraqlanan tərəf ən azı 45-50 milyon avro məbləğ təklif edərsə, buraxmağa razıdırlar.
Hazırda məbləğ açıqlanmasa da, ərəblərin yaxşı təklif ünvanladığı və bu təklifdəki məbləği artıra biləcəyi vurğulanır.
Son xəbərlər