Futbol
Xunior Alonso “Atletiko Mineyro”ya keçməyə yaxındır

26.05.2024 | 11:40
“Atletiko Mineiro” yay transfer pəncərəsində “Krasnodar”ın paraqvaylı müdafiəçisi Xunior Alonsonun öz heyətinə keçidi ilə bağlı futbolçu ilə şifahi razılığa gəlib.
Sports.az xəbər verir ki, Alonsonun özü də Braziliyaya qayıtmaq istəyir.
“Atletiko Mineiro” bu yay “Krasnodar”dan futbolçunu icarəyə götürmək imkanını nəzərdən keçirir. Bununla belə, müvafiq keçidim başqa ssenari əsasında gerçəkləşməsi də istisna edilmir.
Son xəbərlər