Futbol
Kontenin “Napoli” ilə danışıqları uğurla başa çatmaq üzrədir
28.05.2024 | 13:20
İtaliyan mütəxəssis Antonio Konte ilə “Napoli” arasında danışıqlar yekunlaşmaq üzrədir.
Sports.az xəbər verir ki, məşqçi ilə klub arasında əmək müqaviləsinin müddəti 2027-ci ilə qədər hesablanacaq.
Konte ildə 6,5 milyon avro məbləğində maaş alacaq. “Napoli” Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə isə italyan mütəxəssisə üstəliklər də ödəniləcək.