Belçika millisinin AÇ-2024 üçün yekun heyəti açıqlandı

Futbol üzrə Belçika millisinin bu il Almaniyada keçiriləcək Avropa çempionatı üçün yekun heyəti bəlli olub.

Sports.az xəbər verir ki, baş məşqçi Domeniko Tedesko siyahıya 25 oyunçunun adını daxil edib.

Qapıçılar: Koen Kastels ("Volfsburq", Almaniya), Tomas Kaminski ("Luton Taun", İngiltərə), Natz Sels ("Nottinqem Forest", İngiltərə);

Müdafiəçilər: Timoti Kastan ("Fulhem", İngiltərə), Maksim De Kuyper ("Brügge", Belçika), Vut Faes ("Lester", İngiltərə), Tomas Mönye ("Trabzonspor", Türkiyə), Artur Teate ("Renn", Fransa), Yan Vertongen, Zeno Debast (hər ikisi "Anderlext"), Aksel Vitsel ("Atletiko", Madrid, İspaniya);

Yarımmüdafiəçilər: Kevin De Bröyne ("Mançester Siti", İngiltərə), Orel Manqala ("Olimpik”, Lion, Fransa), Amadu Onana ("Everton", İngiltərə), Yuri Tilemans ("Aston Villa", İngiltərə), Artur Vermeren ("Atletiko", Madrid, İspaniya);

Hücumçular: Yohan Bakoyoko (PSV, Niderland), Yannik Karrasko ("Atletiko", Madrid, İspaniya), Karles De Keteler ("Atalanta", İtaliya), Ceremi Doku ("Mançester Siti", İngiltərə), Romelu Lukaku ("Roma", İtaliya), Dodi Lukobakio ("Sevilya", İspaniya), Leandro Reossar ("Arsenal", İngiltərə).

Qeyd edək ki, Belçika yığması 14 iyun - 14 iyul aralığından baş tutacaq AÇ-2024-ün E qrupunda Rumıniya, Slovakiya və Ukrayna milliləri ilə üz-üzə gələcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar