Futbol
Makkenna “İpsviç”i çalışdırmağa davam edəcək

29.05.2024 | 12:30
Şimali irlandiyalı mütəxəssis Kiran Makkenna, “Mançester Yunayted”, “Çelsi” və “Brayton”un marağına rəğmən, “İpsviç”də qalmaqda və yeni uzunmüddətli müqavilə imzalamaqda qərarlıdır.
Sports.az xəbər verir ki, “İpsviç Taun”un əsas səhmdarı Ed Sşvarts klubun baş icraçı direktoru Mark Eşton və Kiran Makkenna ilə danışıqlar aparmaq üçün keçən həftənin sonunda ABŞ-dan Böyük Britaniyaya uçub.
Vurğulanır ki, bu səfərin əsas məqsədi məhz Makkennanı “traktorçular”ın sükanı arxasında saxlamağa nail olmaqdır.
Son xəbərlər