Futbol
MY De Zerbi ilə danışıqlar aparır

29.05.2024 | 15:00
“Mançester Yunayted”in rəhbərliyi çox güman ki, yaxın vaxtlarda komandanın baş məşqçisi Erik ten Haqı istefaya göndərəcək.
Sports.az xəbər verir ki, mankunianlıların rəhbərliyi futbol tərzini bəyəndikləri “Brayton”un sabiq çalışdırıcısı Robert De Zerbi ilə əlaqə saxlayıb.
Eyni zamanda, “Mançester Yunayted” komandanın çalışdırıcısı vəzifəsinə mümkün namizədlər siyahısına həmçinin “Bayern”in keçmiş baş məşqçisi Tomas Tuxeli, “İpsviç”in baş məşqçisi Kiran Makkennanı, “Çelsi”dən qovulmuş Maurisio Poçettino və “Brentford”un baş məşqçisi Tomas Frankı da daxil edib.
Son xəbərlər