Futbol
Levandovskinin “Barselona”dakı taleyinə aydınlıq gəldi

29.05.2024 | 16:15
“Barselona”nın polyak mərkəz hücumçusu Robert Levandovski “blauqrana”nın düşərgəsində qalacaq və gələn mövsüm Kataloniya paytaxtını tərk etməyəcək.
Sports.az xəbər verir ki, Hans-Diter Flik “Barselona”ya baş məşqçi təyin edilərsə, alman mütəxəssisin hücumameyilli oyununda Levandovski aparıcı rol oynayacaq.
Vurğulanır ki, Flik “Bayern”də işlədiyi vaxtdan Levandovskinin oyunundan məmnundur.
Daha əvvəl bildirilmişdi ki, Xavi “blauqrana”nın baş məşqçisi olaraq qalsa, Levandovski “Barselona”nı tərk edə bilər.
Son xəbərlər