Futbol
“Əl-Nəsr” Ronaldo ilə müqaviləsini yeniləmək niyyətindədir

29.05.2024 | 18:15
“Əl-Nəsr” 39 yaşlı portuqal ulduz hücumçu Kristiano Ronaldo ilə əmək müqaviləsinin müddətini 2026-cı ilə qədər uzatmaq niyyətindədir.
Sports.az xəbər verir ki, tərəflər arasında danışıqlar prosesi cari ilin yayda başlayacaq.
“Əl-Nəsr” portuqal ulduzun maaşını artırmağı planlaşdırır. Ronaldonun hazırkı maaşının illik 200 milyon avro məbləğində olduğu vurğulanır.
Son xəbərlər