Futbol
“Yuventus” “Montsa”nın qapıçısını icarəyə götürməyə yaxındır

29.05.2024 | 18:30
“Yuventus” qarşıdakı yay transfer pəncərəsi zamanı “Montsa”nın qapıçısı Mikele Di Qreqorionu icarəyə götürmək niyyətindədir.
Sports.az xəbər verir ki, müqavilə, icarə müddəti başa çatdıqdan sonra qapıçının mütləq satınalınmasını da ehtiva edəcək.
Əgər müəyyən şərtlərə nail olunarsa, Di Qreqorio “byankoneri” ilə müddəti 2029-cu ilə qədər qüvvədə olacaq tamhüquqlu müqavilə imzalaya biləcək. İllik əməkhaqqı isə 2 milyon avro məbləğində nəzərdə tutulub.
Hazırda sövdənin rəvan surətdə həyata keçirildiyi vurğulanır.
Son xəbərlər