Futbol
“Napoli”nin kapitanı bu yay Neapolu tərk edə bilər

29.05.2024 | 18:45
“Napoli”nin müdafiəçisi və kapitanı Covanni Di Lorentso yayda Neapol klubunu tərk edə bilər.
Sports.az xəbər verir ki, Di Lorentsonun illik 3,5 milyon avro məbləğində müqaviləsinin 2028-ci ilin iyununda başa çatacağına rəğmən, futbolçunun cari mövsümün sonunda “Napoli”dən ayrılmaq istədiyi bildirilir.
Di Lorentso “Napoli”də vaxtının sona çatdığına inanır.
İtalyan müdafiəçi ilə A Seriyasının bir neçə klubu və ölkə xaricindən iki klub maraqlanır. Amma bu klubların adları açıqlanmır.
Son xəbərlər