Futbol
“Sauthempton” Lallana ilə danışıqlar aparır

29.05.2024 | 20:15
“Sauthempton” bir vaxtlar “müqəddəslər”in heyətində çıxış etmiş, “Brayton”un yarımmüdafiəçisi Adam Lallana ilə maraqlanır.
Sports.az xəbər verir ki, tərəflər bu yay futbolçunun azad agent qismində keçidi ilə bağlı danışıqlar aparırlar.
Lallananın “qağayılar”la müqaviləsi gələn ay, iyunda başa çatacaq.
Vurğulayaq ki, Lallana “Sauthempton”un “Lids”ə qarşı Premyer Liqaya vəsiqə uğrunda Çempionşipin ələmə mərhələsinin cavab oyununda (1:0) stadionda gözə dəyib.
Son xəbərlər