Futbol
“Napoli” Dibalanı heyətinə qatmağı hədəfləyib

29.05.2024 | 20:45
“Napoli” italyan mütəxəssis Antonio Kontenin komandaya baş məşqçi təyinatı ilə bağlı danışıqları yekunlaşdırdıqdan sonra “Roma”nın hücumçusu Paulo Dibalanı transfer etmək niyyətindədir.
Sports.az xəbər verir ki, “Napoli”nin üstünlük verdiyi Konte ilə 3 illik müqavilə imzalanması ilə bağlı danışıqları başa çatdırmaqdır və bundan sonra klub diqqətini transfer bazarına yönəltməyə hazırdır.
“Napoli” rəhbərliyi ötən mövsümün çempionu qismində cari mövsümdə düçar olduğu uğursuzluqlardan dirçəlmək və itirilmiş mövqelərini geri qaytarmaq əzimindədir. Dibalanın “eşşəkciklər”in lider gözü ilə gördüyü futbolçulardan biri olduğu vurğulanır.
Son xəbərlər