Futbol
Konte “Napoli” ilə müqavilə imzalamağa yaxındır

30.05.2024 | 09:20
İtaliyan mütəxəssis Antonio Konte “Napoli” ilə 3 illik müqavilə imzalamağa yaxındır.
Sports.az xatırladır ki, “Napoli”nin prezidenti Aurelio De Laurentis Antonio Konteyə Neapol komandasını çalışdırmağı təklif etib və 9 milyon avro məbləğində maaş, İtaliya A Seriyasının qalibi olacağı halda isə 1 milyon avro məbləğində əlavə üstəlik ödəyəcəyini bildirib.
Antonio Kontenin təyinatı hələ təsdiqlənməyib, amma Aurelio De Laurentisin bu məsələni tezlikələ yoluna qoyacağı vurğulanır.
Son xəbərlər