Futbol
Niko Uilyams “Bayern”ə keçə bilər

30.05.2024 | 19:00
Bilbao “Atletik”inin 21 yaşlı vingeri Niko Uilyams Almaniyada keçiriləcək 2024-cü il Avropa çempionatında sonra “Bayern”ə keçə bilər.
Sports.az xəbər verir ki, Münhen klubu uzun müddətdir ki, İspaniya yığmasının futbolçusunu izləyir.
Əgər Uilyams Avropa çempionatında yaxşı çıxış etsə, o zaman “Bayern” futbolçuya görə Bilbao təmsilçisinə təklif ünvanlaya bilər.
Daha əvvəl futbolçu ilə “Çelsi” və “Barselona”nın maraqlandığı bildirilirdi.
Son xəbərlər